İraq parlamentində xaos yaşandı
Ötən gün İraq parlamentində xaos yaşanıb. Bu barədə İraq Baş naziri Adil Əbdülmehdi məlumat verib.
5 Dekabr 2018 12:35 DünyaÖtən gün İraq parlamentində xaos yaşanıb.
Bu barədə İraq Baş naziri Adil Əbdülmehdi məlumat verib.
"Nazir postuna namizəd olan 8 nəfərlə parlamentə getdim. 171 deputatının iştirakı ilə iclas keçiriləcəkdi, ancaq daha sonra bir xaos yaşandı və iclasın davam etməsinin qarşısı alındı", - Əbdülmehdi deyib.
Qeyd edək ki, deputatlar baş nazirin təklif etdiyi şəxslərin nazir olmalarına qarşı çıxır. Son iclasda da konkret nəticə əldə edilmədiyi üçün iclas cümə gününə təxirə salınıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31