Mettisin sözləri Talibanı coşdurdu: ABŞ-ı "söküb" çıxaracağıq
Əgər ABŞ Əfqanıstanı tərk etməsə, özümüz onları söküb çıxaracağıq. Bunu Taliban sözçüsü Zəbihullah Mücahid ABŞ Müdafiə naziri Mettisin Əfqanıstanla bağlı son açıqlamasına münasibət bildirərkən deyib.
5 Dekabr 2018 12:31 DünyaƏgər ABŞ Əfqanıstanı tərk etməsə, özümüz onları söküb çıxaracağıq.
Bunu Taliban sözçüsü Zəbihullah Mücahid ABŞ Müdafiə naziri Mettisin Əfqanıstanla bağlı son açıqlamasına münasibət bildirərkən deyib.
Taliban nümayəndəsi bildirib ki, əfqanlar ABŞ hərbçilərini Əfqanıstandan çıxartmaqda qərarlıdır.
Qeyd edək ki, ABŞ Müdafiə naziri Ceyms Mettis ABŞ-da keçirilən Reyqan Müdafiə Forumunda Əfqanıstana dair mühüm bir bəyanat verib və sülh planının ABŞ ordusunun Əfqanıstanı tərk etməsini əhatə etməyəcəyini bəyan edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31