Rusiya Ukrayna sərhədinə 250 tank yığdı
5 Dekabr 2018 12:23 DünyaKerç böhranı 2014-cü ildən bu yana qeydə alınan ən böyük hərbi təhdiddir.
Bunu "Röyter"ə müsahibəsində Ukrayna ordusunun Baş Qərargah rəisi Viktor Mujenko deyib.
"Bizim qarşımızda nə hüquqi, nə mənəvi, nə də başqa sərhədləri olan aqressor var. Onun Ukraynaya qarşı aktiv hərbi əməliyyatlara nə zaman başlayacağını demək çox çətindir. Bizi ən çox narahat edən Rusiyanın tank qruplarının Ukrayna sərhədində sayının artmasıdır. İki həftə ərzində onların sayı 3 dəfəyə yaxın - 93-dən 250-yə qalxıb", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Poroşenko da peykdən çəkilən görüntüləri mediaya təqdim edərək, Rusiyanın Ukrayna sərhədinin 18 kilometrliyindəki bazalarında tankların sayını iki dəfədən çox artırdığını bildirmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31