Vaşinqton Avropa İttifaqını "Şimal axını-2"dən imtina etməyə çağırıb

ABŞ Dövlət Departamenti Avropa İttifaqını Kerç boğazında baş verən hadisə ilə əlaqədar "Şimal axını-2" layihəsindən imtina etməyə çağırıb.

Bunu Dövlət Departamentindəki məmurlardan biri deyib.

"Kerçdə baş verən hadisə, sizə "Şimal axını - 2" sayəsində Ukraynadan yan keçməklə daha çox qaz infrastrukturuna malik olduqca, Rusiyanın hərbi təcavüzünün qarşısını almaq vasitənizin bir o qədər zəif olduğunu xatırlatdı", - deyə o bildirib.

Bundan əvvəl Avropa Parlamentində "Şimal axını-2" layihəsinin dayandırılmasını tələb edən qətnamə hazırlanıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31