İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir

İsrail Livanın "Hizbullah" hərəkatının nümayəndələri tərəfindən tunellərin qazılmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının zəruri olduğunu hesab edir.

Bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

"Mən İsrailin BMT-dəki nümayəndə heyətindən "Hizbullah"ın hərəkətlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmağı xahiş etdim", - deyə baş nazir bildirib.

Bundan əvvəl İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31