ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyə və İordaniyaya səfər edəcək

ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə və İordaniyaya səfər edəcək.

Bu barədə ABŞ-ın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri4-14 dekabr tarixlərində Türkiyəyə və İordaniyaya səfər edəcək", - deyə məlumatda bildirilir.

Cefrinin hər iki ölkədə yüksək vəzifəli şəxslərlə görüşəcəyi və Suriyadakı vəziyyətin həllini müzakirə edəcəyi qeyd olunur.

Bundan əvvəl Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31