Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb

Təqribən 800 miqrant Meksika-ABŞsərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.

Bunu Meksika Miqrasiya Milli İnstitutunun direktoru Tonatiu Gilyen "Formula" radiosuna müsahibəsində deyib.

Bildirilir ki, qanun pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

"Televisa" telekanalının məlumatına görə, təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub.

Digərləri Meksikanın Tixuana şəhərində miqrantlar üçün yeni salınmış düşərgəyə göndərilib. Bəziləri evə dönməyə qərar verib.

Bundan əvvəl Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31