İtaliyada mafiya əməliyyatı - "Xaç atası" saxlanıldı
5 Dekabr 2018 11:13 Dünyaİtaliyanın Siciliya vilayətində "Koza Nostra" mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Palermo şəhərində keçirilmiş əməliyyat nəticəsində 46 nəfər saxlanılıb.
Həmin şəxslərə qarşı qarət, mütəşəkkil cinayətkarlıq, qanunsuz silah saxlama, şantaj və digər ittihamlar irəli sürülüb.
Saxlananlar arasında "Koza Nostra"nın yeni "xaç atası" hesab olunan 80 yaşlı Settimo Mineo da yer alıb.
S.Mineo bu ilin mayında vəfat etmiş Toto Riinanın yerinə təşkilatın başçısı seçilmişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31