Malayziyda ticarət mərkəzində partlayış olub, həlak olanlar var
4 Dekabr 2018 16:03 DünyaMalayziyanın Kalimantan adasında Kuçinq şəhərindəki ticarət mərkəzlərindən birində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Bunu ölkənin Yanğından mühafizə və xilasetmə Departamentinin başçısı Xiruddin Drahman bildirib.
Onun sözlərinə görə, ölənlər ticarət mərkəzinin əməkdaşlarıdır: "Xəsarət alanların isə 4-ünün vəziyyəti ağırdır".
Partlayışın səbəbi hələlik məlum deyil.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31