Türkiyənin də daxil olduğu təşkilat vahid ödəmə kartı yaradacaq

D-8 təşkilatına üzv ölkələr arasında milli valyutalarla ödənişə imkan verən kartın istifadəyə verilməsi ilə bağlı iş gedir. Bu kart sayəsində üzv ölkələrin valyutalarında dəyər itirmədən alış-veriş etmək imkanı yaradılacaq. 

Üzv ölkələr üçün sürpriz hazırlığın müjdəsini D-8 Təşkilatının baş katibi səfir Dato Ku Jaafar Shaari  verib. Onun sözlərinə görə, hazırda "D8 Ödəmə kartı" ilə bağlı bir texnologiya şirkəti ilə danışıqlar aparılır.

"Ortaq valyuta gələcəkdə mümkün ola bilər. Amma öz valyutalarımızla ödənişə imkan verən bu kartı təşkilata üzv 8 ölkə hər hansı problem olmadan tezliklə istifadə etməlidir".

Qeyd edək ki, D-8 təşkilatına Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə üzvdür. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31