Ermənistanda keçmiş nazirin rüşvət alması faktı üzrə 2 nəfər həbs olunub

Ermənistanın keçmiş təbiəti mahafizə naziri Aram Arutyunyanın böyük məbləğdə rüşvət alması faktı ilə bağlı aparılan istintaq çərçivəsində 2 nəfər həbs olunub.

Ermənistanın keçmiş təbiəti mahafizə naziri Aram Arutyunyanın böyük məbləğdə rüşvət alması faktı ilə bağlı aparılan istintaq çərçivəsində 2 nəfər həbs olunub.

Bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Nəşrin məlumatına əsasən, iş adamı Silva Ambartsumyanın ifadəsinə əsasən, Armen Xaçatryan və Viktor Martirosyan həbs olunub. Biznes-ledi daha əvvəl Arutyunyana rüşvəti bu iki nəfər vasitəsilə verdiyini bildirmişdi.

İstintaqın versiyasına görə, 2008-ci ildə təbiəti mühafizə naziri olarkən A.Arutyunyan S.Ambartsumyandan Ermənistanın üç vilayətində əlvan metal yataqlarının araşdırılması və işlənməsinə lisenziya verilməsi üçün 14 milyon dollar tələb edib və sonda vəsaiti əldə edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31