Meksika prezidentinin təyyarəsi satışa çıxarıldı

Meksika prezidenti Andres Manuel Lopes Obradorun “Boeing 787 Dreamliner” təyyarəsi Kaliforniyada satışa çıxarılıb.

Meksika prezidenti Andres Manuel Lopes Obradorun "Boeing 787 Dreamliner" təyyarəsi Kaliforniyada satışa çıxarılıb. 

Bununla bağlı "Telemundo" telekanalı məlumat yayıb. 

Bildirilib ki, Dövlət işləri və xidmətləri milli bankının rəhbəri Xorxe Mendosa təyyarənin hərbçilərin idarəsi ilə San-Bernardino şəhərinə uçacağını və satılana qədər burada qalacağını deyib. 

"O, Kaliforniyaya uçur və satışa çıxarılır", - Meksika hökumətinin "Twitter" hesabında bildirilib. 

Bir müddət əvvəl Meksikada keçirilən prezident seçkilərində qalib gələn A.Obrador bəyan etmişdi ki, prezident təyyarəsindən istifadə etməyəcək və yalnız kommersiya reysləri ilə uçacaq. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31