Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib

Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı ləğv edilib.

Bunu Fransanın Baş naziri Eduard Filipp bildirib.

O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq. 

Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada "sarı jiletlilər"in etiraz aksiyası keçirilir. Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31