ABŞ-dan Rusiya-Türkiyə-İran üçlüyünə mesaj: 10 gün vaxt var

Əgər 14 dekabrda Suriya Konstitusiya Komitəsi çağırılmasa, o zaman Astana prosesinin üzərindən xətt çəkmək olar.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. O, bunun ABŞ-ın mövqeyi olduğunu bildirib.

Qeyd edək ki, Cefri bundan öncə də Astana prosesi çərçivəsində zəmanətçi ölkələrin Konstitusiya Komitəsinin iclasını çağırmalı olduğunu, əks təqdirdə BMT-nin bu prosesdə əsas vasitəçiliyi üzərinə götürməsinin vacibliyini demişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31