Puşkovdan hədə: ABŞ Qara dənizə gəmi göndərsə...

ABŞ donanması və NATO gəmilərinin Qara dənizə göndərilməsi regionda konfliktin gərginləşdirilməsinə səbəb olacaq.

Bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb. Onun sözlərinə görə, ABŞ donanmasını Qara dənizə göndərməyi təklif edən amerikalı senator Con Barrosonun bölgədəki qüvvələr balansından heç bir anlayışı yoxdur:

"O rahatlaşmalı və özünün doğma Vayominq şəhərində ekologiya ilə məşğul olmalıdır. O, bununla daha çox fayda verə bilər. Rusiyanın sahillərinə hərbi donanmanın göndərilməsi mənasız addımdır. Əgər ABŞ bizi qorxutmaq istəyirsə, bacarmayacaq. Bu donanma geri dönəcək və bu dönüş qələbə ilə olmayacaq".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31