Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub
4 Dekabr 2018 11:41 DünyaBolqarıstanda iki dolu patronu olan tapança ilə silahlanmış 71 yaşlı təqaüdçü ölkə prezidenti Rumen Radevin iqamətgahına daxil olub.
Bildirilir ki, silahlı şəxs Prezident Administrasiyasının əməkdaşlarını hədələyib.
Jandarmeriya əməkdaşları onu yaxalayıb. Hazırda 71 yaşlı şəxsin bu hərəkətinin səbəbi araşdırılır.
Prezident Rumen Radev hadisə hadisə zamanı iqamətgahda - iş yerində olmayıb. Onun həmin vaxt PolşadaBMT-nin iqlim dəyişikliyi məsələləri üzrə keçirdiyi ümumdünya konfransında iştirak etdiyi bildirilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31