Almaniyada naməlum şəxslər metroya qaz buraxıb, 15 nəfər zərər çəkib

Almaniyada naməlum şəxslər metroya qaz buraxıb.

Bu barədə "Der Spiegel" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Köln şəhərində baş verib. Hadisə nəticəsində 15 nəfər zərər çəkib. Hazırda polis müşahidə kameralarındakı görüntüləri araşdırır və şahidləri dindirir.

Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb. Hadisənin səbəbi hələ məlum deyil. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31