Avropanın ən bahalı yolkası Münhendə quruldu - 2,3 milyon avro
4 Dekabr 2018 11:13 DünyaAvropanın ən bahalı yolka ağacı Münhendə qurulub.Bu bahalı yolkanı Almaniyanın qiymətli daşların satışı ilə məşğul olan "Pro Aurum" şirkəti hazırlayıb.
Məlumata görə, bu yolkanın dəyəri 2,3 milyon avro qiymətləndirilib.
Bildirilir ki, yolka ağacı piramida şəklində 2018 ədəd qızıl pulla bəzədilib və bunların ümumi çəkisi 63 kiloqram təşkil edir.
Qeyd edək ki, Avropanın bu bahalı yolkası "Pro Aurum" şirkətinin ofisində dekabrın 15-ə qədər qalacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31