BMT-dən vəliəhdə Qaşıqçı xəbərdarlığı

BMT Baş katibi Antonio Quterreş G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Quterreş səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı şəffaf istintaqın aparılmasının vacibliyini qeyd edib.

Tərəflərin həmçinin regional məsələləri, o cümlədən Yəməndə yaşanan humanitar fəlakəti müzakirə etdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31