Rusiyanın “Soyuz-FQ” raket daşıyıcısı qəzadan sonra ilk dəfə havaya qalxıb

Rusiyanın "Soyuz-FQ" raket daşıyıcısı Baykonur kosmodromundan havaya qalxıb.

Raket daşıyıcısının göyərtəsindəki "Soyuz MS-11" gəmisində Rusiya kosmonavtı Oleq Kononenko, NASA və Kanada Kosmik Agentliyinin astronavtları Enn Makkleyn və David Sen-Jak orbital stansiyaya yola düşüblər.

Qeyd edək ki, bu, "Soyuz-FQ" raket daşıyıcısının oktyabrın 11-də qəzaya uğramasından sonra ilk pilotlu uçuşdur.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31