Holokostdan 80 il sonra Almaniyada Hanuka bayramı qeyd edilib
3 Dekabr 2018 18:10 Dünya"Burada, Berlində baş vermiş talan gecəsindən və bütün Almaniyada Şoa (Holokost) kimi insanlığa qarşı cinayətdən 80 il sonra tariximizin uçurumu üzərindən bir-birimizə əli uzatmağımız həqiqətən də bir hədiyyədir".
Bu sözləri yəhudilərin Hanuka bayramı münasibətilə Berlindəki Brandenburq darvazaları qarşısında Avropanın ən iri Hanuka çırağının ilk şamını yandıran AFR Prezidenti Frank-Valter Ştaynmayer deyib.
Hanuka möcüzəsi barədə yəhudi rəvayətinə görə, çırağın içərisində cəmi bir günə çatacaq yağ olmasına baxmayaraq, o, 8 gün yanıb.
"Namümkün görünən, əslində, mümkündür. Biz antisemitizmlə razılaşa bilmərik - nə köhnəsi, nə yenisi, nə sakiti, nə də gurultulusu ilə. Mən məmnuniyyət hissləri keçirirəm ki, biz ölkəmizdə yenidən birlikdə Hanuka bayramını qeyd edə bilirik", - deyə alman dövlətinin başçısı əlavə edib.