Çin və ABŞ ticarət müharibəsini dayandırdılar

Argentinada G20 sammitində ABŞ prezidenti Donald Trampla və ÇXR sədri Xi Jinping arasında 2,5 saatdan çox danışıqlar aparılıb. Danışıqlar zamanı Amerika və Çin tərəfləri ticarət əlaqələrinin yeni şərtləri haqqında razılığa gəliblər.

"Ağ Evin" mətbuat xidməti Sara Sanders görüşün nəticələri haqqında məlumat verərək bildirib ki, Çin və Amerika liderləri arasında danışıqlardan sonra Çin ticarət balansını azaltmaq üçün ABŞ-dan böyük həcmli mal almağa razılığa gəlib.

"Çin, ölkələr arasında ticarət balansını azaltmaq üçün ABŞ-dan razılaşdırılmamış, lakin çox əhəmiyyətli kənd təsərrüfatı, enerji, sənaye və digər məhsullar almağa razıdır", - deyə Sanders dilə gətirib.

Bundan əlavə, o qeyd edib ki, Çin yaxın gələcəkdə Amerika fermerlərinin məhsullarını almağa başlayacaq.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31