Rusiyada ukraynalı dənizçilərə qarşı rəsmi ittiham irəli sürüldü
3 Dekabr 2018 16:21 DünyaRusiyanın Kerç boğazında saxladığı və haqlarında iki aylıq həbs qətimkan tədbiri seçilən 24 ukraynalı dənizçiyə qarşı rəsmi ittiham irəli sürülüb.
Bu barədə işin fiqurantlarından birinin vəkili məlumat verib. Onun sözlərinə görə, istintaq hələ noyabrın 27-dən bütün saxlanılanlara qarşı ittiham irəli sürmüşdü.
Vəkil bildirib ki, həbsdən sonra o, müdafiə etdiyi şəxslə bir dəfə də olsun görüşə bilməyib. Həmin şəxslər Rusiya dövlət sərhədlərini qanunsuz olaraq keçməkdə ittiham olunublar.
İrəli sürülən ittiham üzrə ukraynalı dənizçiləri altı ilə qədər həbs cəzası gözləyir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31