Ukrayna ehtiyatda olanları təcili toplamağa başladı

Ukrayna bu gündən etibarən ehtiyatda olanlar və hərbi mükəlləfiyyətçilərin genişmiqyaslı toplanışına başlayıb.

Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Nazirlik bu addımın Ukraynanın 10 bölgəsində tətbiq edilən hərbi vəziyyətlə bağlı olduğunu bildirib. Xüsusilə, bu toplanışların briqadalar və təlim mərkəzlərində həyata keçiriləcəyi vurğulanıb. Toplanışların yeni ilə qədər bitəcəyi bildirilib.

Qeyd edək ki, Kerç böhranından sonra Ukraynanın Rusiya ilə sərhədi, Dnestryanı ilə sərhədi və Qara dənizlə Azov dənizi sahilindəki vilayətlərində hərbi vəziyyət tətbiq edilib.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31