İqtisadiyyat naziri: "Fransanın dirçəlməsi vergilərin azaldılması ilə mümkündür"

Fransanın iqtisadiyyat və maliyyə naziriBrüno le Mer ölkədə vergilərin azaldılmasına tərəfdar olduğunu bildirib.

Bunu nazir "sarı jiletlilər" hərəkatının kütləvi aksiyalarından sonra keçirilən mətbuat konfransındadeyib.

Onun fikrincə, vergilər dövlət xərclərinin ixtisarı yolu ilə azaldıla bilər: "Dövlət məxarici artdıqca borclar da artır, nəticədə vergi də artır. Budur son onilliyin sərt gerçəkliyi. Bəli, vergilər artıq zorakılıq üçün əsasa çevrilir. Bəli, Fransada əmək yetərincə ödənilmir. Lakin biz artıq əməyin layiqincə ödəniləcəyi siyasətə üz tutmuşuq. Əmək haqları artacaq - bu, bizim iqtisadi seçimimizin qırmızı xəttidir. Beləliklə, vergilərin azaldılması tezləşdirilməlidir. Bunun üçün gərək dövlət məxarici də sürətlə azaldılsın. Biz buna əməl etmək qərarına gəlmişik. Dövlət məxaricinin azalması vergilərin azalması deməkdir. Bu, Fransanın dirçəlməsi, fransızların rifahı deməkdir".

Xatırladaq ki, noyabrın 17-dən ölkədə benzinin bahalaşması, vergilərin artırılması ilə bağlı cəmiyyətdə narazılığın artrması şəraitində ortaya çıxan "sarı jiletlilər" hərəkatı tərəfindən kütləvi etiraz aksiyaları keçirilir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31