Zurabişvilinin andiçməsi Tiflisdə keçirilməyə bilər
3 Dekabr 2018 14:39 DünyaGürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi paytaxt Tiflisdə keçirilməyə bilər.
Bunu yerli mətbuat yazıb.
Məlumata əsasən, xanım prezidentin inauqurasiyasının hansı şəhərdə keçiriləcəyi hələ məlum deyil və hazırda müxtəlif şəhərlər üzrə müzakirələr aparılır.
Qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Səlahiyyət müddəti başa çatmaqda olan prezident Giorgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixeil Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində keçirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31