Fransada respondentlərin 72 faizi "sarı jiletlilər"i dəstəkləyir

Fransa əhalisinin 72 faizi "sarı jiletlilər"in tələblərini dəstəkləyir.

Bunu "Harris Interactive" sosioloji rəy xidmətinin keçirdiyi sorğunun nəticəsi göstərib.

Rəyi soruşulanların 72 faizi "sarı jiletlilər"in avtomobil yanacağının qiymətinin bahalaşmasına qarşı keçirdikləri etiraz aksiyasını dəstəkləyib.

Respondentlərin 85 faizi isə aksiya iştirakçılarının törətdikləri iğtişaşı pisləyib.

Sorğu dekabrın 2-də internet vasitəsilə keçirilib. Bu tədbirdə yaşı 18-dən artıq olan1016 nəfər iştirak edib.

Qeyd edək ki, Fransada qiymət artımına qarşı keçirilən "sarı jiletlilər"in etiraz aksiyası davam edir. Fransa polisi talanda iştirak etməkdə şübhəli bilinən 412 nəfəri tutub. Ölkə Daxili İşlər Nazirliyi bildirib ki, Parisdəki etiraz aksiyası nəticəsində azı110 nəfər xəsarət alıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31