Metsamor Atom Elektrik Stansiyasında korrupsiya aşkarlanıb
3 Dekabr 2018 14:08 DünyaErmənistan Milli Təhlükəsizlik Xidməti Metsamor Atom Elektrik Stansiyası (AES) da daxil olmaqla bir neçə korrupsiya ocağını aşkarlayıb.
İstintaq materiallarına əsasən, Metsamor AES-in vəzifəli şəxsləri ilə əlbir olan bəzi kənar şəxslər müəssisə üçün təhlükəsizlik cihazlarının təkrar satışı barədə sənədlərində qiymətləri şişirtmək yolu ilə 7 milyon dramlıq avadanlığı 33 milyon drama satmaqla dövlətə 25 milyon dram (51 min ABŞ dollarından artıq) məbləğində ziyan vurublar.
Ümumiyyətlə, ölkə boyu dövlət vəsaitlərinin dağıdılmasına dair 10 cinayət işi açılıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31