Puşkov: Poroşenko Putinə niyə zəng etmişdi?
3 Dekabr 2018 13:44 DünyaPoroşenko Putinə zəng edə bilməməsindən şikayət edir. Niyə axı? Öz təxribatını müzakirə etmək istəyir?
Bu sözəri rusiyalı senator Aleksey Puşkov deyib.
"Onsuz da hər şey aydındır. Rusiyanı yenidən aqressiya hazırlığında ittiham etmək? Onlar onsuz da hər gün bununla məşğul olurlar. Taleyindən şikayət etmək? Bunun üçün doğru ünvan deyil. Danışılası bir şey yoxdur", - Puşkov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko Kerç böhranı zamanı Rusiya Prezidenti Vladimir Putinə zəng etdiyini, ancaq danışa bilmədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31