Arutyunyanın həbsi istənildi: Spikerə müraciət
3 Dekabr 2018 13:40 DünyaErmənistanın Baş prokuroru Artur Davtyan keçmiş Təbiət Mühafizəsi naziri, deputat Aram Arutyunyanın həbsinə icazə verməsi üçün parlamentin spikeri Ara Babloyana müraciət edib.
Bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, keçmiş nazir böyük məbləğdə rüşvət almaq və çirkli pulların yuyulmasında ittiham olunur. Arutyunyan Sünik, Geqarkunik, Lori və Kotayk bölgəsində yerləşən 10 əlvan metal yatağının istismarı üçün lisenziya verilməsi məqsədilə 14 milyon dollar rüşvət alıb. Rüşvət yolu ilə əldə olunan vəsait xarici ölkələrdə yuyulub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31