Yeni ildə 147 dövlət əmlakı hərraca çıxarılacaq

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2 min 634 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir. Sumqayıt şəhəri, Bağlar massivi, Dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442.5 kv.m-dir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə  zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, tam elektronlaşmış hərrac prosedurlarından istifadə edərək prosesə qoşulmaq istəyənlər komitənin informasiya resurslarına müraciət edə bilər. Belə ki, hər kəs rəsmi sayt (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edərək onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31