Orduda intiharların sayı artıb - Artak Davtyan

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan bir neçə gün öncə Gümrüdə yerləşən ali təhsil müəssisələrinin tələbələri ilə görüşündə ilginc ifadələr işlədib. Tələbələrdən birinin ona nəyə görə Rusiyadan alınmış "İsgəndər" raketlərinin ictimaiyyətə nümayiş olunmaması və həmin raketlərin hərbi təlimlər zamanı sınaqdan keçirilib-keçirilməməsi ilə bağlı sualını cavablandırarkən deyib ki, "İsgəndər" raket kompleksi erməni ordusunda saxlanılan yeganə silah növü deyil və onlarda digər silahlar da var. "Bu gün onlar barədə danışmaq, yaxud təqdim etmək üçün rahat vaxt deyil", deyən Davtyan sauldan yayınaraq, bu raketlərin parad zamanı xalqa nümayiş etdirildiyini bildirib və bundan sonra bir daha nümayişə ehtiyacın olmadığını deyib. Baş qərargah rəisi bu raketlərin köhnə sistem olması suallarını da cavabsız qoyub.

Artak Davtyan bununla yanaşı, bir etirafda da bulunub. Orduda qəza nəticəsində ölənlərin sayının azaldığını deyən erməni zabiti bunun yerinə intihar hadisələrinin artdığını bildirib: "Bir çox məsələlərdə azalma olsa da, təəssüf ki, intihar hadisələri planında müəyyən artımlar mövcuddur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31