Britaniya Kiyevə xüsusi ordu göndərdi – Rusiyadan reaksiya

BBC-nin rus xidməti Britaniya ordusunun 77-ci məxfi briqadasının bir neçə qrup hərbçisinin Ukraynaya göndərildiyini yazıb.

Kanalın məlumatına görə, briqadada internetdə hərbi tapşırıqları, psixoloji fəaliyyəti və informasiya əməliyyatlarını yerinə yetirən mindən artıq hərbçi var.

Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Ukraynada bu məxfi əməliyyatı ilə bağlı açıqlama yayıb. Səfirlikdən bildirilib ki, Britaniya prezident seçkiləri öncəsi Ukraynada hərbi fəaliyyətinin genişləndirir:

"Britaniya hərbçilərinin məxfi əməliyyatı ilə bağlı xəbər doğrudursa, onda bu, ingilis əsgərlərinin Ukraynada miqyaslı hərbi fəaliyyətlərinin yeni elementidir".

Böyük Britaniyanın Ukraynada "Konstitusiya əleyhinə olan çevrilişi" dəstəklədiyini xatırladan səfirlik qeyd edib ki, bundan öncə Britaniyadan olan mütəxəssislərin Donetsk və Luqanskın mülki vətəndaşlarına qarşı xüsusi əməliyyat aparan Ukrayna hərbçilərinə təlim keçdiyi haqda məlumat vardı.

"BBC-nin məlumatından belə anlaşılır ki, hazırda Britaniya psixoloji fəaliyyətini və informasiya əməliyyatlarını bu ölkədə genişləndirir", - açıqlamada bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31