Tornado 100-ə yaxın evi dağıtdı
3 Dekabr 2018 12:33 DünyaABŞ-ın İllinoys ştatında baş verən tornado nəticəsində 25-ə yaxın insan zərər çəkib, 100-ə yaxın ev dağılıb. Məlumata görə, təbii fəlakət ştatın mərkəzində dağıntılara səbəb olub, bazar ertəsi məktəblərin bağlı olacağı bildirilir.
Qeyd edək ki, ötən həftənin şənbə günü dövlət rəsmiləri tornado ilə əlaqədar xəbərdarlıq edərək, təbii fəlakətin yaradacağı fəsadların qarşısının alınması istiqamətində fəaliyyəti gücləndiriblər.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31