Nigeriya Prezidenti ölümü və oxşarı ilə əvəzlənməsi barədə məlumatları təkzib edib - VİDEO

Nigeriya Prezidenti Məhəmməd Buxari öldüyü və onun əvəzinə Sudandan oxşarının gətirildiyi barədə yayılan şayiələri təkzib edib.

Nigeriya Prezidenti Məhəmməd Buxari öldüyü və onun əvəzinə Sudandan oxşarının gətirildiyi barədə yayılan şayiələri təkzib edib.

.

"Bu, həqiqətən mənəm, sizi əmin edirəm. Tezliklə 76 yaşımı qeyd edəcəyəm və güclü olmağa davam edəcəyəm", - M.Buxari Polşada yaşayan həmvətənlər ilə görüşdə deyib.

O, sağlamlıq problemi yarandığı dövrdə çoxlarının onun ölümünü istədiyini bildirib.

"Bəzi insanlar hətta vitse-prezidentlə əlaqə saxlayaraq namizədliyini irəli sürmüşdü. Çünki məni ölmüş hesab edirdilər", - dövlət başçısı bildirib.

Qeyd edək ki, 2017-ci ildə M.Buxari Böyük Britaniyada beş aylıq müalicə kursu keçib, onun sağlamlığı ilə bağlı problemləri barədə ətraflı məlumat verilməyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31