Başqırdıstanın Baş naziri istefa verib
3 Dekabr 2018 11:32 DünyaBaşqırdıstan Respublikasının Baş naziriRüstəm Həbiboviç Mardanov istefa verib.
Bunu Baş nazir səlahiyyətlərini icra edən Radi Xabirov hökumətin regional əməliyyat müşavirəsində bildirib.
"Rüstəm Həbiboviç başqa işə keçib. Mən onu dilə tutdum, ancaq onun Rusiya Mərkəzi Bankı sistemində işləməsi də respublikamız üçün vacibdir", - R.Xabirov vurğulayıb.
O, bir müddət əvvəl Baş nazir müavinlərinin hamısının istefasını qəbul edib.
Rüstəm Mardanov 1964-cü ildə Başqırdıstanda anadan olub. Ufa Dövlət Aviasiya İstitutunu bitirib. İxtisasca iqtitisadçıdır. 2015-ci ildə Başqırdıstan Baş nazirinin müavini, 2015-2018-ci illərdə isə Baş nazir vəzifəsində işləyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31