Soçidə keçmiş deputat küçədə ölü tapıldı

Rusiyanın Soçi vilayətinin keçmiş deputatı Aleksandr Şirobokov ölü vəziyyətdə tapılıb.

Bu barədə RİA "Novosti" yerli təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

Məlumata əsasən, 58 yaşlı Aleksandr çox saylı bıçaq zərbələri alması nəticəsində dünyasını dəyişib. Onun cəsədi Qırmızıordu küçəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31