İndoneziyada otelin üzərinə torpaq sürüşüb, 7 tələbə ölüb
3 Dekabr 2018 01:12 Dünyaİndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətindəki mehmanxana üzərinə torpaq sürüşməsi nəticəsində ən az 7 nəfər ölüb, 7-si yaralanıb.
Bu barədə bazar günü yerli xilasetmə xidmətinə istinadən "Sinhua" məlumat yayıb.
Bildirilir ki, 14 nəfərin hamısı tələbədir və onlar Karo dairəsinin Daulu kəndindəki oteldə qalıblar.
Yaralılar yerli xəstəxanlara yerləşdiriliblər. Onların səhhəti barədə məlumat yoxdur. Həkimlər meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məşğuldurlar.
Bundan əvvəl İndoneziyada 6,3 bal gücündə zəlzələ olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31