İsraildə 40 həkim və əczaçı saxlanılıb: Ermənistanda saxta diplom almaqda şübhəli bilinirlər
3 Dekabr 2018 00:58 DünyaBu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.
Həmin insanlar Ermənistan universitetin tibb və əczaçılıq fakültələrində təhsil alıblar: "Onlar Səhiyyə Nazirliyinə mütəxəssis diplomlarını təqdim ediblər, halbuki, əslində orada qısa müddət ərzində təhsil alıblar və imtahanları tam verməyiblər".
Qeyd olunur ki, polis əməkdaşları araşdırmaya anonim şikayətdən sonra başlayıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31