Çində qatı duman - Avtomagistrallarda hərəkət dayandı
2 Dekabr 2018 07:54 DünyaÇinin Anxoy vilayətində müşahidə olunan qatı duman səbəbindən 22 avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə qərar dumanlı hava şəraitində gözlə görmə məsafəsi 100 metrdən az olduğu üçün qəbul olunub.
Vilayətin inzibati mərkəzi olan Xıfey şəhərində bütün avtomagistrallara giriş gecə saat 2-dən bağlı elan olunub. Buna görə də avtomobillərin uzun növbəsi yaranıb. Yol polisi gücləndirilmiş iş rejiminə keçib.
Bildirilir ki, günortadan sonra magistral yollarda hərəkət bərpa olunmağa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31