7 metro stansiya bağlandı - Yanvarın 1-dən...
1 Dekabr 2018 16:20 DünyaFransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları keçirilir.
Parisin 7 mərkəzi metro stansiyaları "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları səbəbindən bağlanıb.
Bu barədə Paris Nəqliyyat İdarəsinin saytında bildirilir.
Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.
Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.
"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən, 23%, benzinin isə 15% qalxıb. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31