AB-dən Kiyevə jest: Yarım milyard...

Avropa Komissiyası Ukraynaya 500 milyon avro miqdarında makromaliyyə yardımı etməyə razılıq verib.

Bu barədə bəyanatı Avropa Komissiyası yayıb.

Qeyd edək ki, AB-nin 2014-cü ildən bu yana Ukraynaya etdiyi yardımların həcmi bununla 3,3 milyard avroya çatıb. Bu, indiyə qədər AB-nin qurum xaricindəki ölkələrdən birinə edilən ən böyük yardımdır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31