Yunanıstanda tələbələr etiraz aksiyası keçiriblər

Yunanıstanın Afina və Saloniki şəhərlərində tələbələr etiraz aksiyaları keçiriblər.

Salonikidə keçirilən etiraz aksiyalarında tələbələr əllərində "Makedoniya Yunanıstandır" şüarları yazılmış plakatlar tutublar. Onlar Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsini nəzərdə tutan Prespa sazişinə qarşı çıxış ediblər.

Afinada isə tələbələr Makedoniyanın adının dəyişdirilməsinə qarşı çıxanları qınayır və onları "faşist" adlandırıblar.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31