İtaliyanın cənubundakı Focca şəhərində mafiya klanlarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 5 fərqli klana mənsub 30 nəfər saxlanılıb.
Bildirilir ki, saxlanılanlara qarşı şantaj, çirkli pulların yuyulması və qətlə təşəbbüs ittihamları irəli sürülüb.
Əməliyyata 200-ə yaxın polis, eləcə də helikopterlər cəlb edilib.
trend