“Vəziyyət pisləşəcək” – Paşinyan 6 ölkəni təhdid etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməməsi kiçik və əhəmiyyətsiz mövzudur.

Göyçədə (Sevan) seçiciləri ilə görüşündə Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan belə deyib.

Onun sözlərinə görə, Ermənistanın milli maraqlarının qorunması bir sıra məsələlərdən daha önəmlidir:

"Lakin mövcud münasibətlərdəki problemlər nəzərə alınmasa, vəziyyət daha da pisləşəcək. Bu baxımdan, KTMT-yə üzv dövlətlərin öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi olduqca vacibdir. Buna görə də, KTMT-yə yeni baş katibin təyin edilməməsi kiçik və əhəmiyyətsiz mövzudur".

Qeyd edək ki, KTMT-nin Ermənistandan olan baş katibi Yuri Xaçaturov vaxtından əvvəl istefaya göndərilib.

Barəsində cinayət işi açılmış Xaçaturov 2008-ci il martın 1-də Ermənistanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmrini icra etməkdə ittiham olunur.

Əlavə edək ki, KTMT-yə 7 ölkə (Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan) daxildir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31