Fransa Prezidenti G 20 sammiti üçün getdiyi Buenos-Ayres hava limanında rəsmən qarşılanmayıb

Argentinalı rəsmilər səhvən Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijiti G 20 sammitində iştirak etrmək üçün Buenos-Ayresə gəldikləri zaman qarşılamayıblar.

E.Makronu və Fransanın birinci xanımını anlaşılmazlıq səbəbilə yalnız işçi formasında olan aeroport əməkdaşı qarşılayıb, lakin onlar aeroportu tərk etmək üçün maşına minən anda Argentinanın vitse-prezidenti Qabriela Miketti özünü hava limanına çatdırıb və qonaqları salamlayıb.

Yerli KİV yazır ki, hadisə ilə bağlı şəkillər və zarafatlar dərhal sosial şəbəkələrə yayılıb.

Qeyd edək ki, G 20 sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31