Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı qəza törədib, 3 nəfər yaralanıb
30 Noyabr 2018 15:33 DünyaErmənistan Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Polisin əməkdaşlarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
Hadisə Yerevan-Sevan-İcevan avtomobil yolunda olub.
Bildirilib ki, hərbi polisin əməkdaşının idarə etdiyi "Mercedes" markalı avtomobil çaya düşüb.
Yaralı halda olan sürücü, avtomobilin sərnişinləri - Açacur kəndinin 23 yaşlı sakini Araikl və 26 yaşlı icevanlı Karen T. xəstəxanaya yerləşdirilib.
Onların üçü də Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31