Rusiyaya öldürücü zərbə: Müzakirələrə start verildi
Polşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb. İki ölkənin addımını İsveç və Baltikyanı ölkələr də dəstəkləyib.
30 Noyabr 2018 15:05 DünyaPolşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb.
İki ölkənin addımını İsveç və Baltikyanı ölkələr də dəstəkləyib.
Bu məlumatı RİA-ya Brüsseldəki mənbələrindən biri təsdiqləyib. Mənbənin sözlərinə görə, sözügedən bəyanat 3 gün öncədən razılaşdırılıb.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
Hadisənin ardınca Rusiyaya qarşı "öldürücü sanksiyalar" gündəmə gəlib. ABŞ Prezidenti Tramp artıq Putinlə Argentinadakı F20 sammitində nəzərdə tutulan görüşünü ləğv edib.
axar.az