“Sarı jiletlilər”in Fransaya vurduğu ziyan açıqlandı

Fransanı bürümüş "sarı jiletlilər"in aksiyası ölkəyə 11 milyon avro ziyan vurub.

Mitinqlər səbəbindən otellərdə bron edilmiş yerlərdən imtina olunub, ölkəyə Yeni ilqabağı turist axını isə dayanıb. Maliyyə naziri Bruno Le Merin sözlərinə görə, etirazçıların obyektlərə vurduğu ziyan da ölkə iqtisadiyyatına mənfi təsir edib.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin artırılması əleyhinə 23 min nəfər etiraz aksiyası keçirir. Onlar sarı jilet geyindikləri üçün aksiya eyni adı daşıyır.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31