Maduro minimum əmək haqqını artırdı - 11 dollar oldu

Venesuela prezidenti Nikolas Maduro ölkədə minimum əmək haqqının həcminin 2,5 dəfə artırıldığını elan edib. Beləliklə də, Venesuelada orta aylıq əmək haqqı 1,8 mindən 4,5 min suveren bolivara qaldırılıb:

Venesuela prezidenti Nikolas Maduro ölkədə minimum əmək haqqının həcminin 2,5 dəfə artırıldığını elan edib.

Beləliklə də, Venesuelada orta aylıq əmək haqqı 1,8 mindən 4,5 min suveren bolivara qaldırılıb: 

"Dekabrın 1-dən minimum əmək haqqı və pensiya 4,5 min bolivar olacaq və bu, avtomatik olaraq bütün maaş cədvəlində düzəliş olacağı anlamına gəlir". 

Qeyd edək ki, "qara bazar"ın məzənnəsinə uyğun olaraq, bu məbləğ 11 ABŞ dollarına bərabərdir.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31